XOCALI QIRĞINI

Yazar: vsuleyman

ELMƏDDIN 

XOCALI QIRĞINI
(Poema)

Nəsiman Yaqubluya

1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi-Xocalı qırğını baş verdi. Yüzlərlə insan al qanına qəltan edilib qətlə yetirildi. Düşmən kini, küdurəti içinə yığıb kimsəyə aman vermədi. Kafir erməni həmin o gecədə ağbirçək anaya da güllə atdı, ağsaqqal qocaya da, südəmər körpəyə də. Düşmən amansız idi və xislətindəki bütün insani hisləri kənara qoyub quduz canavara dönmüşdü...
Ermənilər doğrudanmı kafirlik edirdi həmin o günü? Ermənilər Allah xofundan ehtiyyat etmirdilərmi? Bir də kafirdə hansı insani hiss, düşüncə olur ki, Allah adından da ehtiyatlansın?
(Nəsiman Yaqublu “Xocalı qırğını”-1992)

Yazı var oxusan fikirlər azır,
Dəhşətdən ürəyim üzüləcəkdi!
Sənin göz yaşıyla yazdığın yazı
Məni “Xocalı”nı yazmağa çəkdi.

Bu nə möcüzədi, nə sirdi belə,
Şeytanmı bu zülmü bizə göstərən?!
Allaha inandıq itirdik hələ,
Bütlərə inansaq nə olar, görən?

Davamı...

Baxış sayı: 62

ELMƏDDİN

Yazar: vsuleyman


Mən özümü axtarıram sükutda,
Alma məni tənhalığın əlindən.

ELMƏDDİN


DÜNYA BELƏ DÜNYADI
Yoxluğundan var olub o əbədi Allahın,
Qiymətli şah əsəri, sirr məbədi Allahın,
Onu yaratmaq sirri bəs nədədi Allahın?-
Sirrindən baş açmağa bir kimsəni qoymadı,
Sən də qəm yemə, qardaş, dünya belə dünyadı!
Xaliq Şükürlü

Zaman adlı süzgəci, məzar adlı sonu var,
Hər kəs üçün biçilmiş kəfən adlı sonu var.
Hələ də pünhan olan nə qədər qanunu var,
Yaş ötür... damağıma gəlir ölümün dadı,
Az-çox mən də bələdəm, dünya belə dünyadı.

Əcəlin addımını sayar, döyünər ürək,
Ölümü gəlişindən duyar, döyünər ürək.
Bir gün də öz-özünə, bəlkə, deyinər ürək,
“Ömür bir içim sudu, yaşamaqdan doymadım”.
Ahına göz yumacaq, dünya, belə dünyadı.

Heyif uşaqlıq çağım-heç nədən gileyim yox,
Qayıdım o illərə, başqa cür diləyim yox.
Bu iztirab içində vuracaq ürəyim yox,
Tanıda bilmədim heç nə qohum nə yadı,
Nə də özün tanıdım, dünya belə dünyadı!

Davamı...

Baxış sayı: 24

HƏR ÇİÇƏYİ, HƏR GÜLÜ LEYSAN YAĞIŞI TUTMAZ

Yazar: vsuleyman

HƏR ÇİÇƏYİ, HƏR GÜLÜ LEYSAN YAĞIŞI TUTMAZ

İndi haradadır, nə iş görür, düzünü özündən savayı bir kimsə bilməz. Onu görənlər də soruşanda elə -yerlə-göyün arasındayam, deyir. Latın qrafikalı əlifbaya keçid olandan sonra demək olar ki, çap olunmayıb. Bir dəfə «Azərbaycan» jurnalı ona səxavətlə yer ayırmışdı. Bircə dəfə də bəndəniz onun şerlərini «Yeni Azərbaycan»ın ədəbiyyat əlavəsinə vermişdi. Bu dəfə isə «Söz azadlığı»nı seçdim. Nədənsə belərinin qədrini nə özləri bilir vaxtında, nə də biz:
Səma bulud-bulud, yer xəzəl-xəzəl,
Təbiət dəyişib təbiətinin.
Hər ağac deyirsən qocalan gözəl,
Budaqlar nənəmin qolları kimi.

Davamı...

Baxış sayı: 58

  Yazılar cəmi: 68    Sonrakı səhifə »